Qafqaz Universiteti ilə Türkiyənin Orta Doğu Texniki Universiteti arasında əlaqələr genişlənir


Bakı, 11 mart (AzərTAc). Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali təhsil ocağının texnoparkında (QUTECHNOPARK) fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə birgə həyata keçirilən səfərin məqsədi Türkiyədə texnoparkların fəaliyyəti ilə tanışlıqdır.
Nümayəndə heyətinin ilk görüşü martın 6-da Orta Doğu Texniki Universitetində (ODTU) olmuşdur. Görüşdə Ə.Saniç rəhbərlik universitetin texnoparkının fəaliyyətində ODTU-nun təcrübəsindən yararlandığını bildirmişdir. Bu işdə ODTU-nun yardımına görə təşəkkür edən rektor Ə.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu ifadə etmişdir.
ODTU-nun rektoru, professor Əhməd Acar da münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirmiş və informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələrinin ola biləcəyindən danışmışdır.
Sonra görüşlər ODTU-nun texnoparkında davam etdirilmişdir. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF