“Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrində Xocalı soyqırımı anıldı

  26 fevral ermənilərin Sovet Ordusu ilə birgə törətdikləri Xocalı soyqrımının ildönümü münasibəti ilə respublikamızın və dünyanın bir çox ölkələrində olduğu kimi “ Çağ”Öyrətim İşlətmələrinin bütün tədris müəssisələrində, Azərbaycan-Türkiyə Özəl Liseylərində, eləcədə “Qafqaz” Universitetində “Araz” Kurslarında o faciəli günlərin xatirəsinə həsr olunmuş konfranslar, müsabiqələr, anım mərasimləri keçirilib və Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş abidə ziyarət edilmiş. 

Mərasimlər Xocalı faciəsi zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbirlərdə çıxış edənlər baş vermiş soyqrım haqda ətraflı danışaraq bildiriblər ki, 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. 
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Xocalı şəhəri erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular… Cinayətkar erməni ordusunun vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. 
Bu əsl soyqırım idi. 
Azərbaycan xalqı və onun dövləti Xocalı soyqrımını heç vaxt unutmur və unutmayacaqdır. 


 

 


  



 
 
 
 
 
 
 
 
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF