Onbirinci Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan final mərhələsi keçirilmişdir
Bakı, 14 mart (AzərTAc). Bu ilin may-iyun aylarında Türkiyədə XI BeynəlxalqTürk
dili Olimpiadası keçiriləcəkdir.
AzərTAc xəbər verir ki, martın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında XI Beynəlxalq Türk dili Olimpiadasının Azərbaycan final mərhələsi olmuşdur.Açılış mərasimində “Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz olimpiada barədə məlumat vermiş, onun əhəmiyyətindən danışmışdır.
Müxtəlif kateqoriyalar, o cümlədən mahnı və şeir üzrə keçirilən olimpiadanın Azərbaycan final mərhələsində ayrı-ayrı təhsil müəssisələrinin şagirdləri iştirak etmişlər.Seçilən qaliblər Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil edəcəklər.
Keçən il keçirilən X Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan 12 qızıl, 11 gümüş və 3 bürünc medal qazanmışdır. Bu nəticələrə əsasən, Azərbaycan komandası 135 ölkə arasında 1-ci yeri tutmuşdur.
Builki olimpiadada 140 ölkədən 2 min şagird iştirak edəcəkdir.