Qafqaz Universitetində “Azərbaycan qadını və cəmiyyət” mövzusunda konfrans keçirilmişdir

Bakı, 4 mart (AzərTAc). Martın 4-də Qafqaz Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan qadını və cəmiyyət” mövzusunda respublika konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Milli Məclis deputatlarının, müvafiq qurum nümayəndələrinin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Əhməd Saniç cəmiyyətimizdə qadınların rolundan danışmış, əlamətdar gün münasibətilə xoş arzularını diqqətə çatdırmışdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Azərbaycan qadınlarının keçdiyi şərəfli inkişaf mərhələlərindən danışmışdır. H.Hüseynova müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin qadınların inkişafına və təhsilinə daim xüsusi önəm verdiyini, ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulamışdır. Ölkəmizdə dövlət qadın siyasətinin əhəmiyyətini qeyd edən H. Hüseynova, eyni zamanda, AQUPDK-nin fəaliyyətindən bəhs etmişdir.
Təhsil nazirinin müavini Qulu Novruzov qadınlara göstərilən dövlət qayğısından, cəmiyyətdə onların fəaliyyətindən danışmışdır.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilmişdir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF