Qafqaz Univerisitetinin nümayəndə heyəti İTU ARI Texnoparkı ilə tanış oldu
Türkiyə
Cümhuriyyətində işgüzar səfərdə olan Qafqaz Universitetinin nümayəndə heyəti
İstanbul Texnik Universitetinin (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanış
oldular. Əvvəlcə, İTU-nun rektoru prof. Ahmet Karaca ilə görüşən nümayəndə
heyəti, daha sonra ARI Texnoparkın genel müdiri Nazire Pekerin müşaiyyəti ilə
Texnoparkda müşahidələr apardılar.
Türkiyədə
fəaliyyət göstrərən 40-dan çox texnoparklar arasında ən böyük maddi-texniki
bazaya malik olan İTU ARI Texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi-
tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi
məqamlar olduqca maraqlı idi. Bunlarla yanaşı, Texnoparkın bu və ya digər
fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də
tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür
yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi
rola malikdir.
Türkiyədə
mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU
texnoparkdakı fəaliyyətləri ilə ölkənin ümumi inkişafında əvəzedilməz
fəaliyyətlər gerçəkləşdirir.
Xatırladaq ki,
QUTECHNOPARK-ın (Qafqaz Universiteti Texnoparkı) təşkilatçılığı ilə təşkil
edilən işgüzar səfərdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə
birgə QUTECHNOPARK İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, QUTECHNOPARK-ın müdiri
Dos. İsa Qasımov, QUTECHNOPARK-da fəaliyyət göstrərn şirkətlərin idarəçilərindən
Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid
Vəliyev, MONtech MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edir. Səfərin
məqsədi QUTECHNOPARK-da inkişafın sürətləndirilməsi üçün Türkiyədə fəaliyyət
göstrərən texnoparkların işi ilə yaxından tanış olmaqdır.