Gəlib el bayramı, Novruz bayramı
Bahar
mehribanlıq, gözəllik, bolluq, məhəbbət rəmzidir. Novruz Bayramı
xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir.
Qafqaz Universitetinin foyesində Mədəniyyət şöbəsinin təşəbbüsü və
təşkilatçılığı ilə düzənlənən Bayram tədbirində bu zənginlik bir daha
göz önündə canlandırıldı. Tədbir iştirakçılarını salamlayan
universitetin rektoru prof.dr. Ahmet Saniç təbiətin oyanışından, baharın
gəlişindən xəbər verən Novruzun qədim kökləri barədə danışaraq sülhü,
Novruz bayramının həmrəyliyi əks etdirdiyini, heç bir coğrafi sərhəd
tanımadığını Azərbaycandan tutmuş Türkiyəyə, Tatarıstandan,
Başqırdıstandan başlamış Orta Asiyaya, Pakistandan, Əfqanıstandan,
İrandan tutmuş Balkanlara qədər geniş bir ərazidə milli bayram kimi qeyd
olunduğunu bildirdi.
Novruz
adət-ənənələri səhnələşdirildi, musiqi nömrələri səsləndi, Keçəlin,
Kosanın, Şən və Hazırcavablar Klubunun məzəli zarafatları tamaşaçılara
yüksək əhvali- ruhiyyə bəxş etdi. Novruz ətirli milli və türksoylu
xalqların rəqsləri hərarətlə qarşılandı. Bayramı seyr edənlər proqramdan
zövq almaqla yanaşı süfrələri bəzəyən bayram nemətlərini, Novruz
şirniyyatlarını dadılar.