Hər şey gözəldir həyatda, özün bir zərrə gözəllik yarada bilsən...
Mart ayının 13- də Qafqaz Universiteti
Mədəniyyət şöbəsi Sənət Mərkəzi Art Clubunun sərgisi keçirildi.
Tələbələrdən Nuridə Nəcəfova və Elnarə Rzayeva rənglərin ahəngini
istifadəsiz kompyuterlərin klaviaturasına köçürdülər.
Könül Mikayılova, Tünzalə Fərhadova, Ülviyyə Məmmədova, Rufanə
Məmmədli, Vəfa Qurbanova rəngarəng iplərlə müxtəlif füqurlar düzəldib
sərgilədilər.
Sona Seyidli qurudulmuş güllərdən, toxum və tumlardan tablo, Vüsalə
Əliyeva isə kartonla quzu şəklində kitab rəfi nümayiş etdirdi.
Bununla da onlar təbiətdə, həyatımızda olan lazımlı və lazımsız
əşyalarla maraqlı, istifadəyə yararlı şeylər hazırlaya biləcəklərini
nümayiş etdirdilər.
Mədəniyyət şöbə müdirliyi