15 Mart 2013 Cuma

İş dünyası bülletenin son (42-ci sayı) işıq üzü gördü

İş Dünyası xəbər bülleteni Qafqaz Universitetinin dövri nəşridir. Bülleten Universitet İş Dünyası ilə Əlaqələr üzrə Prorektorluq nəzdindəki Daimi İnkişaf və Karyera Planlama Mərkəzləri tərəfindən hazırlanır. Universitet-İş Dünyası əlaqələrinə həsr olunmuş bülletendə Qafqaz Universitetinin İş dünyası ilə əlaqələrindəki yeniliklər və xəbərlərlə tanış ola bilərsiniz. Daimi inkişaf yolu səhifələrində karyera və biznes münasibətlərində necə nailiyyət əldə olunması mövzularında bir-birindən maraqlı məqalələr çap olunur. Bülletendə həmçinin Daimi İnkişaf Mərkəzinin  təşkil etdiyi seminarlar və kurslar barəsində daima məlumat verilir.
 İş dünyası xəbər bülletenini aşağıdakı linkdən endirə bilərsiniz.