Qafqaz Universitetində TEMPUS proqramı çərçivəsində yeni layihənin təqdimatı olmuşdur
Bakı, 1 mart (AzərTAc). Fevralın 28-də Qafqaz Universitetində
“Kompyuter bilikləri sahəsində milli test mərkəzlərinin yaradılması”
adlı yeni layihənin açılış mərasimi olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulud bildirmişdir ki, yeni layihədə Avropanın 5, Azərbaycanın isə 11 ali təhsil müəssisəsi iştirak edir. Layihə çərçivəsində ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərin artırılmasını və onların ölçülməsini təmin edəcək test mərkəzləri yaradılacaqdır. Test mərkəzləri qurulduqdan sonra onların işlədilməsi üçün yerli mütəxəssislərin müəyyən müddətdə Qafqaz Universitetinin layihə üzrə tərəfdaşları olan Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinə ezam olunmaları, oradakı təcrübəni yaxından öyrənərək Azərbaycanda tətbiq etmələri nəzərdə tutulur. Ümumi dəyəri 983 min avro təşkil edən və üçillik müddət üçün nəzərdə tutulmuş layihə 2015-ci ilin oktyabrında başa çatacaqdır. Layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaqdır.
C.Bulud, həmçinin test mərkəzlərinin abituriyentlər və iş axtaranlar üçün əhəmiyyətini vurğulamışdır. Qeyd etmişdir ki, həmin mərkəzlərdə İKT üzrə testdən keçib müvafiq sertifikat alanların iş tapmaq imkanları daha çox olacaqdır.
Sonra yeni layihənin təqdimatı olmuşdur.
Digər çıxış edənlər də yeni layihənin ölkəmiz üçün əhəmiyyətindən danışmışlar.
2008-ci ildən başlayaraq Avropa İttifaqının TEMPUS və Erasmus Mundus proqramlarında yaxından iştirak edən Qafqaz Universiteti indiyədək hər iki proqram çərçivəsində 6 layihə reallaşdırmışdır. Həmin layihələr universitetin beynəlxalq ictimaiyyətə tanıdılmasında, dünya təcrübəsinin Azərbaycana gətirilməsində böyük əhəmiyyət kəsb edir.
http://azertag.com/node/1062522