Qafqaz Universitetinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə keçirilib.
Qafqaz Universitetinin mədəniyyət şöbəsinin
təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə
keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor
Ahmet Sanic, Novruz Bayramının dərin tarixiə malik olan təkcə təkamül
rəmzi deyil, həm də təbiətin oyanışı, insanların arzu və ümidlərinin,
niyyətlərinin pöhrələnməsini təcəssüm edən bir bayramdır. Adətə görə
Novruz Bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin
canlanmasının, əkinçiliyin rəmzidir. Novruz Bayramında adətən evdə
həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir. Novruz
Bayramında şirniyyat növləri (qoğal, külçə, paxlava, şəkərbura və sair)
plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir,
tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər
barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Novruz
Bayramı münasibətilə AZER.NET şirkəti Qafqaz Universitetinə kompüter
laboratoriya hədiyyə etdi. Qafqaz Universitetinin rektoru, professor
Ahmet Saniç tədbir zamanı AZER.NET şirkətinin rəhbərliyinə
laboratoriyanı universitetə hədiyyə etməsinə görə xatirə plaketi təqdim
etdi. Sonra Qafqaz Universitetinin tələbələrdən ibarət xor kollektivi
“Bayram olsun” rəqs kollektivi, “Arşın mal alan” qızlardan ibarət
kollektiv “Bağlamalar”, ”Kosa və Keçəl” səhnəcikləri göstərilib.
http://www.hafta-ichi.az/mob/news.php?id=87483
http://www.hafta-ichi.az/mob/news.php?id=87483