Qafqaz Universitetinin nümayəndələri İstanbul Texniki Universitetinin texnoparkı ilə tanış olmuşlar
Bakı, 11 mart (AzərTAc). Türkiyədə səfərdə olan Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçin rəhbərliyi ilə nümayəndə heyəti İstanbul Texniki Universitetində (İTU) olmuşdur.
Səfərin
məqsədi Qafqaz Universitetinin texnoparkında inkişafın
sürətləndirilməsi üçün Türkiyədə fəaliyyət göstərən texnoparkların işi
ilə yaxından tanış olmaqdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan təmsilçiləri əvvəlcə İTU-nun rektoru, professor Əhməd Karaca ilə görüşmüşlər.
Sonra nümayəndə heyəti İTU-nun texnoparkı ilə tanış olmuş, texnoparkın rəhbəri Nazire Pekerin müşayiəti ilə müşahidələr aparmışlar.
Türkiyədə fəaliyyət göstərən 40-dan artıq texnoparklar arasında ən böyük maddi-texniki bazaya malik olan İTU-nun texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi-tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar olduqca maraqlı idi. Bunlarla yanaşı, texnoparkın bu və ya digər fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir.
Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyəti ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir.
Qafqaz Universiteti texnoparkıının təşkilatçılığı ilə qardaş ölkədə səfərdə olan nümayəndə heyətinin tərkibinə Qafqaz Universiteti texnoparkı idarə heyətinin üzvü Şahin Durmaz, müdiri, dosent İsa Qasımov, bu texnoparkda fəaliyyət göstərən şirkətlərin rəhbərlərindən “Azer.Net” MMC-nin direktoru Anar Novruzov, “SENTRA” MMC-nin icraçı direktoru Ümid Vəliyev, “MONtech” MMC-nin satış rəhbəri Fədai Abdullayev də daxildirlər.