"Azərbaycan qadını və cəmiyyət" mövzusunda konfrans
Martın 4-də Qafqaz Universitetində 8 mart -
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Azərbaycan qadını və cəmiyyət"
mövzusunda respublika konfransı keçirildi. Öncə Qafqaz Universitetinin
fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Konfransı Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç açaraq xanım iştirakçıları, onların timsalında ölkəmizin bütün qadınlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi, ulu tariximizin həmişə qadınlarımızla qürur duyduğunu bildirdi.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd etdi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra qadınlara, onların cəmiyyətin həyatında fəal iştirakına diqqət daha da artmışdır. Bu məsələni həmişə diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev 90-cı illərin ortalarında ölkəmizdə qadın siyasəti ilə bağlı bir sıra fərman və sərəncam imzalamış, qadın problemləri ilə məşğul olan xüsusi bir dövlət qurumu - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində 2006-cı ildə komitənin fəaliyyəti və səlahiyyətləri daha da genişləndirilmişdir. Bu il ölkəmizdə Prezident seçkilərinin keçiriləcəyini xatırladan komitə sədri Azərbaycan qadınlarının cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırdı.
Təhsil nazirinin müavini Qulu Novruzov çıxışında Qafqaz Universitetinin öz ənənələrinə sadiq qalaraq Azərbaycanın ictimai həyatında önəmli bir məqam daşıyan məsələyə həssaslıqla yanaşıb Azərbaycan qadınlarının növbəti qurultayı ərəfəsində belə bir tədbiri keçirməsini təqdirəlayiq saydı. Bildirdi ki, Azərbaycan qadını sosial həyatda heç bir müsəlman ölkəsi ilə müqayisə olunmayacaq dərəcədə aktiv iştirak edir. Ölkəmizdə qadınların ictimai həyata qoşulması tarixi yüz ildən artıq bir dövrü əhatə edir. Hələ Azərbaycanda Sovet hakimiyyəti qurulmazdan əvvəl Azərbaycan qadını ictimai həyatda fəal rol oynamağa başlamış və bu ənənə sonralar da davam etdirilmişdir. Nazir müavininin fikrincə, cəmiyyətin möhkəm olması, ailənin sosial institut kimi möhkəmliyi, bugünkü rəqabət dünyasında Azərbaycanın öz yerini tuta bilməsi üçün qadının təhsilli olması, ictimai həyatda aktiv rol oynaması çox mühüm bir sosial komponentdir. Qulu Novruzov Azərbaycanda gender bərabərliyində təhsil sisteminin qadınların üstünlük təşkil edən bir sahə olduğunu da diqqətə çatdıraraq orta təhsil sistemində çalışan 165 min müəllimin təxminən 75 faizini qadınlar təşkil etdiyini, bu tendensiyanın dünyanın bir çox inkişaf etmiş ölkələrində də özünü büruzə verdiyini bildirdi.
Nazir müavini çıxışında ölkəmizdə qadınların ali təhsil və elm sahəsindəki iştirakı barədə bəzi statistik göstəricilərə də diqqət çəkərək bildirdi ki, son 12 ildə fəlsəfə doktoru (elmlər namizədi) dərəcəsi alan qadınların sayı hər il orta hesabla 1 faiz artmışdır. Belə ki, 12 il bundan əvvəl fəlsəfə doktoru dərəcəsi almış qadınların sayının faiz göstəricisi 28 idisə, 2012-ci ildə bu göstərici artıq 40 faizə çatmışdır.
Qulu Novruzov çıxışının sonunda konfransın təşkilatçılarına minnətdarlığını bildirib, onun işinə uğurlar arzuladı.
Sonra konfransda qadınların cəmiyyətdə rolunun ayrı-ayrı məqamlarından bəhs edən məruzələr dinlənildi, xanım qonaqlara xatirə plaketləri təqdim olundu.
Konfransın açılış mərasimi Qafqaz Universiteti tələbələrinin təqdimatında bədii proqramla davam etdi. Mərasim başa çatdıqdan sonra qonaqlar Qafqaz Universitetini gəzib burada tələbələrin təhsili üçün yaradılmış şəraitlə tanış oldular.
http://www.muallim.edu.az/arxiv/2013/09/11.htm