“Qafqaz” Türkiyədəki texnoparkların təcrübəsini öyrənir
12 March, 2013, Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniçin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərdə məqsəd Türkiyə Cümhuriyyətində fəaliyyət göstərn texnoparkların fəaliyyəti ilə tanış olmaqdır.
Səfərin ilk günü onlar nümayəndə heyətimiz Orta Doğu Texniki Universitetində (ODTU) olub. Burada keçirilən görüşdə Ahmet Saniç bildirib ki, Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) da bu təhsil ocağının təcrübəsindən faydalanır. Rektor gələcəkdə də bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını dilə gətirib. O, ODTU rektoru prof. Ahmet Acarı Qafqaz Universitetinə də dəvət edib. ODTU-nun rektoru prof. A. Acar əməkdaşlıqdan məmnun olduğunu bildirib.
İstanbul Texnik Universitetinin (İTU) Texnoparkı ilə (ARI
Texnokent) tanışlıq da maraqlı keçib. Əvvəlcə, İTU-nun rektoru prof.
Ahmet Karaca ilə görüşən nümayəndə heyəti, daha sonra ARI Texnoparkın
genel müdiri Nazire Pekerin müşaiyyəti ilə Texnoparkda müşahidələr
aparıblar. Türkiyədə fəaliyyət göstərən 40-dan artıq texnopark arasında
ən böyük maddi-texniki bazaya malik olan İTU-nun texnoparkında
şirkətlərin fəaliyyəti, onların elmi-tədqiqatlara marağı və bu işdə
rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar olduqca maraqlı
olub. Məlumat üçün bildirək ki, Türkiyədə mühəndislik istiqaməti üzrə
kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyəti
ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir.
Qeyd edək ki, bu işgüzar səfərdə Qafqaz Universitetinin rektoru prof.
Ahmet Saniç ilə birgə QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı)
İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, bu qurumun müdiri dos. İsa
Qasımov, eləcə də Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA
MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satış rəhbəri
Fədai Abdullayev də iştirak edirlər.