İİBF məzunlarıyla görüş

11 March, 2013,

Qafqaz Universitetinin ilk dönəm məzunlarından ibarət 5 nəfərlik bir qrup Universitetimizi ziyarət etdi. Görüşə Universitetimizin rektoru Ahmet bəy də qatıldı. Məzunlarımıza axşam yeməyi verildi, xeyli söhbət edildi.Rektorumuz Universitetdə baş verən yeniliklərdən danışdı. Məzunlarımız da öz işlərindən, uğurlarından bəhs etdilər.
Sonra Universitetin yataqxanasında çay süfrəsinə dəvət edildilər. Orada da Universitetimizdə qurulan Texnopark haqqında söhbət getdi. Texnopark haqqında ətraflı məlumat verildi. Bunun ardından hər məzuna Universitetin rozeti təqdim edildi.
Məzunlarımızla xatirə şəkili çəkdirdikdən sonra xoş təəssüratlarla ayrıldıq.

Məzunlarımıza dərin təşəkkürlərimizi bildirir və işlərində uğurlar arzulayırıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır