Qafqaz Universitetində Novruz şənliyi keçirildi
Qafqaz Universitetinin Mədəniyyət şöbəsinin
təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş ədəbi- bədii gecə
keçirildi.
Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru
professor Ahmet Saniç, Novruz bayramının dərin tarixə malik olan
təkcə təkamül rəmzi deyil, həm də təbiətin oyanışı, insanların arzu və
ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən bir bayramdır.
Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin,
təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz bayramında adətən
evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir. Novruz
bayramında şirniyyat növləri (qoğal, külçə, paxlava, şəkərbura və sair),
plov bişirilir. Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir,
tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər
barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Novruz
bayramı münasibəti ilə AZER.NET şirkəti Qafqaz Universitetinə kompyuter
laboratoriyası hədiyyə etdi. Qafqaz Universitetinin rektoru professor
Ahmet Saniç tədbir zamanı AZER.NET şirkətinin rəhbərliyinə
laboratoriyanın Universitetə hədiyyə etməsinə görə xatirə plaketi təqdim
etdi.
Sonra Qafqaz Universitetinin tələbələrdən ibarət Xor kollektivi,
Universitetin tələbəsi Yeganə Babazadə tərəfindən “Bahar bayramı”
mahnısı, rəqs kollektivinin ifasında “Horon”rəqsi və digər istedadlı
tələbələr tərəfindən “Karaoke” “Xonça” səhnəcikləri göstərildi.