Qafqaz Universitetində yeni kompyuter laboratoriyası təşkil edilmişdir
Bakı, 15 mart (AzərTAc). Novruz bayramı münasibəti ilə Azer.NET şirkəti Qafqaz Universitetində yeni kompyuter laboratoriyası təşkil etmişdir.
Açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışmışdır.
Rektor eyni zamanda, universitetdə kompyuter laboratoriyası təşkil etdiyinə görə Azer.NET şirkətinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Digər çıxış edən müəllim və mütəxəssislər laboratoriyadan səmərəli istifadə ediləcəyinə əminliklərini vurğulamışlar.
Sonra tədbir iştirakçıları kompyuter laboratoriyası ilə tanış olmuşlar.