Türkiyəli iş adamları Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində

Gəncə Azərbaycan - Türkiyə Özəl Liseyində Türkiyəli İş adamları tanışlıq məqsədi ilə görüş keçiriliblər.  Görüş, Türkiyə Cümhuriyyətinin Gəncədəki  Baş Konsulluğunun, Gəncə “Araz” Kursları və Gəncə Azərbaycan - Türkiyə Özəl Liseyinin birgə təşkilatçılığı nəticəsində baş tutub. 
Görüşdə təşkilatçılardan başqa  Gəncə-Qazax bölgəsindəki bir çox inşaat və tikinti şirkətlərinin, bankların rəhbərləri iştirak ediblər. 
Qonaqlar, əvvəlcə liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası ilə tanış olublar. Liseyin müdiri Kenan Gözel qonaqlara təhsildə əldə etdikləri nailiyyətləri, uğurları barədə məlumat verib. 
Qonaqlar liseyin uğurlarından məmnun olduqlarını bildirərək bu nailiyyətlərin davamlı olmasını arzulayıblar.
Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkdirilib. 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq