Şahlar Əsgərov Qafqaz Universitetində məruzə ilə çıxış etdi.

19 April, 2012, Əməkdar elm xadimi,  professor  Şahlar Əsgərov “Dəyərlərin qiymətləndirilməsi üçün yeni kriteriya “ mövzusunda Qafqaz Universitetində  məruzə ilə çıxış  etdi. Qafqaz Universitetinin rektoru , professor  Ahmet Saniç seminarı açaraq  fəlsəfənin, elmin və təhsilin zəruri əlaqəsindən və bu əlaqənin cəmiyyətin həyatı üçün zəruriliyindən danışdı.
Professor  Şahlar Əsgərov  pedaqoqika sahəsində əldə etdiyi nəaliyyətlərdən məruzə etdi.  Professor  məruzəsində bir neçə mövzulara toxundu .”Meyyarın əhəmiyyəti “, ”Fiziki elektronika”,”Mikro elektronika “, “Təhsil”, “Açar sözlər” , “Qiymətləndirmə modeli”  kimi  elmi və fəlsəfi başlıqlarda olan mövzularda danışdı.Tədbirin sonunda Qafqaz Universitetinin rektoru  professor  Ahmet Saniç tərəfindən xatirə plaketi təqdim olundu.
Qafqaz Universiteti mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2153&link=&lang=az

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.