Çempionatın açılış mərasimi keçirildi



“Şəfa” stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatının açılış mərasimi keçirilib. Siasport.az idman portalının məlumatına görə, tədbirdə AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, təhsil nazirinin müavini Qulu Novruzov, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov və Tələbə Futbol Federasiyasının prezidenti İlham Mərdanov çıxış edərək iştirakçı komandalara uğurlar arzulayıb.Çıxışlar başa çatdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qafqaz Universitetinin komandası arasında çempionatın ilk oyunu keçirilib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Məlumat üçün bildirək ki, çempionatda 30 ali təhsil müəssisəsinin komandası iştirak edir.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq