Qafqaz Universitetinin Dizayn kursu yeni maraqlı bir tədbirə imza atdı

Rənglərin ahəngi
25 April, 2012, Qafqaz Universitetinin Dizayn  kursu yeni maraqlı bir tədbirə imza atdı. Tələbələrdən Rəna Tağıyeva, Eşgin Şükürov, Ebru Delihasan, Gökhan Güşlü, Ruslan Şıxıyev, Cəsur Həsənov, Fatimə Rəsulova Dizayn kursunun müəllimi, dizayner Dr. Arzu Məmmədovanın rəhbərliyi ilə boyalardan onlarla rəng çalarları hazırladılar. 
Xüsusi olaraq hazırlanmış  maketin üzərinə klassik musiqi sədaları altında  sıra ile üst- üstə tökülən rənglərdən ortaya çıxan görüntü təbiətdəki gözəllikləri bir daha gözlər önünə sərdi. Çoxlu sayıda müəllim heyəti və tələbənin iştirakı ilə gerçəkləşən tədbir izləyənləri məftun etdi. 
52 nəfərdən çox iştirakçının hazırladığı modern rəsm əsəri Universitetin divarından asılaraq sərgilənəcək.


Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.