Maliyyə bölməsinin 3-kurs tələbələri Uşaq Evini ziyarət etdi


Qafqaz Universitetinin müəllim və tələbələrinin xeyriyyə işləri davam edir. Bu çərçivədə növbəti tədbir Maliyyə bölməsinin 3-kurs tələbələri tərəfindən keçirilmişdir. Bölmənin müəllim və tələbələri aprel ayının 22-də Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaqlar evini ziyarət etmişlər.
Ata-ana nəvazişindən məhrum olmuş uşaqlarla ünsiyyətdən olduqca məmnun olmuş tələbələr onlarla ayrı-ayrılıqda görüşərək söhbət etmiş, oyunlar oynamış, hədiyyələr vermiş və kimsəsizlərə maddi və mənəvi dayaq olmuşlardır. 
Tələbələr belə görüşlərin tez-tez keçirilməsini arzu etdiklərini bildirmiş və ziyarət valideyin qayğısından məhrum olmuş uşaqların hədsiz sevincinə səbəb olmuşdur. Uşaq evinin işçiləri və uşaqlar, Qafqaz Universitetinin  müəllim və şagirdlərinə xeyirxah əməllərinə görə minnətdarlıqlarını bildirmişlər.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq