Təhsil Nazirliyində İNEPO-AVRASİYA olimpiadasının iştirakçıları ilə görüş keçirilib

Bakı, 4 aprel, SalamNews, A.Kərimov. Bu gün Təhsil Nazirliyində ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) iştirakçıları ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, nazir Misir Mərdanov bildirib ki, olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin təşkilatçılığı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə keçirilir.
Bu il keçirilən olimpiadanın coğrafiyasının çox geniş və əhatəli olduğunu qeyd edən naziri dünyanın 42 ölkəsindən 400-dək şagirdin müvafiq yarışmada iştirak etdiyini söyləyib.
M.Mərdanov olimpiada iştirakçılarına Azərbaycanın zəngin tarixi, təhsil sistemi, xüsusilə Bakı şəhəri ilə yaxından tanış olmağı, azərbaycanlı müəllim və şagirdlərlə əlaqələr yaratmağı tövsiyə edib.
http://az.salamnews.org/az/news/read/124853/tehsil-nazirliyinde-inepo-avrasiya-olimpiadasinin-ishtirakccedililari-ile-goumlruumlsh-keccedilirilib/

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.