Narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri daha da genişləndirilməlidir

Bakı, 23 aprel (AzərTAc). Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 1 nömrəli orta məktəbdə “Narkotik maddələrin zərərləri və onlardan mühafizə yolları” mövzusunda seminar keçirilmişdir.
Abşeron Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Qafqaz Universiteti tələbə gənclər təşkilatı tərəfindən reallaşdırılan tədbirdə müəllim və şagirdlər iştirak etmişlər.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, seminarda çıxış edən mütəxəssislər narkotik maddələrin ziyanlı tərəfləri və fəsadları barədə ətraflı məlumatlar vermişlər.
Qeyd olunmuşdur ki, narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri daha da genişləndirilməlidir.
 http://azertag.com/node/943716

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.