Düşüncə klubu “Sosial məsuliyyət” layihəsi çərçivəsində 8 saylı internat uşaq evini ziyarət ediblər.

Düşüncə klubunun “Sosial məsuliyyət” layihəsi çərçivəsində bir qrup müəllim və tələbələr Buzovna qəsəbəsi ərazisində yerləşən 8 saylı internat uşaq evini ziyarət ediblər. 

Tələbələr müəllimlərinin iştirakı ilə gətirdikləri hər yaş qrupuna uyğun xüsusi hazırlanmış qida məhsullarını və digər hədiyyələri uşaqlara təqdim ediblər. 

Qeyd edək ki, bu uşaq evində 75 uşaq qalır. Ata-ana nəvazişindən məhrum olmuş uşaqlarla ünsiyyətdən olduqca məmnun olmuş tələbələr onlarla ayrı-ayrılıqda görüşərək söhbət etmiş kimsəsizlərə maddi və mənəvi dayaq olmağa çalışmışlar.

Tələbələr belə görüşlərin tez-tez keçirilməsini arzulayıb. Bu görüş valideyin qayğısından uzaq düşmüş uşaqların hədsiz sevincinə səbəb olub. 

Uşaq evinin işçiləri və uşaqlar, Qafqaz Universitetinin  müəllim və şagirdlərinə xeyirxah əməllərinə görə minnətdarlıqlarını bildirib.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq