Sumqayıtdakı 31 nömrəli orta məktəbin şagirdi:Olimpiadada uğur qazandığım üçün çox sevinirəm

Bakı, 7 aprel (AzərTAc). Aprelin 6-7-də Bakıda keçirilmiş “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadasında (“İnepo-Avrasiya”) Azərbaycan məktəbliləri də uğurla çıxış etmişlər.
Sumqayıtdakı 31 nömrəli orta məktəbin şagirdi Ramiyə Əliyeva “Ətraf mühit” kateqoriyasında olimpiadanın gümüş medalını qazanmışdır. Sumqayıt məktəblisi AzərTAc-a müsahibəsində demişdir:
- Mən bu tədbirdə “Onlar laqeydliyin və qayğısızlığın qurbanlarıdır” mövzusunda layihəmlə iştirak edərək ikinci yeri tutmuşam. Olimpiadanın gümüş medalını qazanmağım, əlbəttə ki, məni çox sevindirir. Gələcəkdə də bu yarışmaya qatılmağı və birincilik əldə etməyi düşünürəm. 

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.