Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri Qafqaz Universitetində karyera günü keçirdilər

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mütəxəssisləri Rauf Məcidbəyli və Nərmin Mirzəyeva Qafqaz Universitetində “Dövlət qulluğuna qəbul qaydaları” haqqında seminar verdilər. Əvvəlcə, Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli komissiyanın fəaliyyəti və planlaşdırılan məsələlər haqqında geniş məlumat verdi. Sonra isə Komissiyanın mütəxəssisi Nərmin Mirzəyeva dövlət qulluğuna kadrların seçilməsi qaydaları haqqında tələbə və magistrlara geniş təqdimatla çıxış etdi.
Görüşün sonunda tələbələrin çoxsaylı sualları cavablandırıldı.
Tələbələrlə görüşdən sonra qonaqlar Qafqaz Universitetinin maddi-texniki potensialı ilə yaxından tanış oldular.
Qonaqları qəbul edən  Universitetin rektoru Prof.Dr. Ahmet Saniç dövlət qulluğuna qəbulun şəffaf keçirilməsi ilə əlaqədar məmnuniyyətini ifadə etdi və Komissiyanın işinə uğurlar dilədi. Təqdimata görə qonaqlara təşəkkür  edən Rektor, belə görüşlərin tez-tez olmasının əhəmiyyətini vurğuladı.
Vüsal Rzayev

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.