Şagirdlər vətənə medallarla dönüblər


Yanvarın 15-də Qazaxstan Respublikasının Alma-Atı şəhərində məktəblilərin VIII Beynəlxalq Jautıkov fizika, riyaziyyat və informatika olimpiadası keçirilib. Azərbaycanı bu mötəbər olimpiadada Bakı Özəl Türk Liseyinin 11-ci sinif şagirdlərindən fizika fənnindən Hacı Piriyev, riyaziyyat fənnindən Şahin Hüseynli  və informatika fənnindən Elmi Əhmədov uğurla təmsil ediblər. Belə ki, şagirdlərdən H. Piriyev gümüş, Ş. Hüseynli  və E. Əhmədov bürünc medallara layiq görülüblər. Ümumilikdə şagirdlər Vətənə 3 medalla dönüblər. Bu qələbə münasibəti ilə şagirdləri, valideynləri və Bakı Özəl Türk Liseyinin müəllim kollektivini təbrik edir və gələcək olimpiadada uğrlar diləyirik. 

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

Beraber yürüdük biz bu yollarda...

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq