Humanitar kollecdə görüş


Yanvarın 19-da  Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Maqsud Şeyxzadə adına Ağdaş Humanitar Kollecində olub. R. Tomay kollecin müdiri Şəhla xanım Hacıbalayeva ilə görüşüb. Səmimi şəraitdə keçən görüş zamanı Ramazan Tomay Ağdaş Özəl Türk Liseyinin fəaliyyəti dövründə əldə etdiyiy uğurları nailiyyətləri barədə ətraflı məlumat verib. Şagirdlərinin bilik və bacarıqlarının artırılması, daha da yüksəldilməsinin təmin olunması üçün lazımi tədbirlərin görüldüyünü bildirib. Sonra Şəhla xanım Hacıbalayeva rəhbərlik etdiyi tədris müəssisəsinin uğurları, bu uğurlarının daha yüksəldilməsi üçün görülən işlər barədə danışıb. Bu görüşdən məmnun olduğunu bildirən Ş. Hacıbalayeva belə görüşlərin keçirilməsinin hər iki təhsil müəssisəsi üçün əhəmiyyətli olduğunu qeyd edib.

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.