Kafkas İlköğretim okulunda 20 yanvar faciəsinin anım mərasimi keçirilib


20 yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq Kafkas İlköğretim okulunda anım mərasimi keçirilib. Əvvəlcə 20 yanvar faciəsini əks etdirən film nümayiş etdirilib. Sonra Xətai rayon İcra Hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Pənah İmanov çıxış edərək, 20 yanvar faciəsinin baş verməsi səbəblərindən, xalqımızın mərd igid oğul və qızlarının Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmalarından söhbət açıb. Şagirdlərə Vətənini, torpağını sevməyi onu göz bəbəyi kimi qorumağı tövsiyyə edib. Daha sonra məktəblilər vətənpərvərlik  mövzusunda seirlər söyləyiblər, xeyir qüvvələrin şər qüvvələrinə qalib gəlməsini əks etdirən səhnəciklər göstəriblər. 



http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/449-kafkas-ilkoegretim-okulunda-20-yanvar-facisinin-anm-mrasimi-kecirilib.html

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq