Qafqaz Universiteti ilə AMEA Folklor İnstitutu arasında əlaqələr genişlənir

Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunda olmuşdur. İnstitutdan AzərTAc-a bildirmişlər ki, görüşdə qarşılıqlı
Bakı, 11 yanvar (AzərTAc). Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunda olmuşdur.
İnstitutdan AzərTAc-a bildirmişlər ki, görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov rəhbərlik etdiyi elm müəssisəsində görülən işlər haqqında qonağa ətraflı məlumat vermişdir.
Yaxın günlərdə Qafqaz Universitetində hər iki qurumun gələcək əməkdaşlıq məsələlərinin “dəyirmi masa”da müzakirə edilməsi qərara alınmışdır.
Ə.Saniç səmimi görüş üçün M.İmanova minnətdarlığını bildirmiş, onu rəhbərlik etdiyi universitetə dəvət etmiş, Folklor İnstitutunun kollektivinə yeni ildə böyük uğurlar arzulamışdır.

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.