Qafqaz Universitetinin tələbələri “Petkim Petrokimya Holdinq” A.Ş-də təcrübə keçəcəklər

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi icraçı direktorunun müavini Xaliq Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin mühəndislik fakültəsinin professor və müəllimləri ilə görüşmüşdür
Bakı, 11 yanvar (AzərTAc). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi icraçı direktorunun müavini Xaliq Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin mühəndislik fakültəsinin professor və müəllimləri ilə görüşmüşdür.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə əməkdaşlığa dair müvafiq müqaviləyə uyğun olaraq bu ali təhsiı ocağında “Kimyaçı” tələbə klubunun formalaşdırılması, kimya mühəndisliyi və sənayenin təşkili və idarə olunması ixtisasları üzrə təhsil alan bir qrup tələbənin qış tətili müddətində Türkiyədəki “Petkim Petrokimya Holdinq” A.Ş-də 10 günlük istehsalat təcrübəsinə göndərilməsi və digər məsələlər müzakirə edilmişdir.
Sonra qonaqlar universitetin informasiya-kommunikasiya texnologiyaları tədqiqatlar mərkəzi ilə tanış olmuşlar.

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.