Mingəçevir Türk Liseyində X Beynəlxalq Türk Dili Olimpiadasının bölgə üzrə mahnı və şeir müsabiqəsinin final mərhələsi keçirilib.


Həyəcanla izlənilən yarışmada Mingəçevir məktəbliləri daha fəal olublar. Mingəçevir Şəhər Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin şagirdi Leyla Xudadanova şeir, Mingəçevir Şəhər Texniki Liseyinin şagirdi Əsmayə Kərimli mahnı nominasiyalarında fərqləniblər. 
Tədbirin sonunda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov yarışda fərqlənənləri mükafatlandırmaqla yanaşı, belə tədbirlərin əhəmiyyətindən də söz açıb. Tədbirdə “Çağ” Öyrətim Şirkətinin Baş İdarə rəisinin müavini Murat Topçu və Mingəçevir Türk liseyinin müdiri Elxan Əliyev də çıxış ediblər.
Qeyd edək ki, şeir və mahnı kateqoriyaları üzrə fərqlənən şagirdlər respublika final mərhələsində iştirak edəcəklər.

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.