“Mesenat” pyesi tamaşaya qoyuldu


Qafqaz Universiteti bədii özfəaliyyət kollektivinin üzvləri Abşeron rayon mədəniyyət evində yazıçı-dramaturq Əli Əmirlinin məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Mesenat” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdiriblər.
Universitetdən verilən məlumata görə, tamaşaya sənətşünaslıq namizədi Zəminə Axundova quruluş verib.
Səhnə əsərində mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin nəcib obrazı canlandırılıb.
AzərTAc

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

Beraber yürüdük biz bu yollarda...

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq