“Arqumenti.ru”–nun baş redaktoru Qafqaz Universitetində olmuşdur

10.01.2012 [19:58]
“Arqumenti.ru”–nun baş redaktoru Qafqaz Universitetində olmuşdur
Tanınmış rusiyalı jurnalist, “Arqumentı i faktı” həftəlik ictimai-siyasi qəzetin nəzdində fəaliyyət göstərən “Arqumenti.ru” xəbər informasiya saytının baş redaktoru Dmitri Fedotov Qafqaz Universitetində müəllim və tələbələrlə
Bakı, 10 yanvar (AzərTAc). Tanınmış rusiyalı jurnalist, “Arqumentı i faktı” həftəlik ictimai-siyasi qəzetin nəzdində fəaliyyət göstərən “Arqumenti.ru” xəbər informasiya saytının baş redaktoru Dmitri Fedotov Qafqaz Universitetində müəllim və tələbələrlə görüşmüşdür.
Qafqaz Universitetindən AzərrTAc-a bildirmişlər ki, görüşdə universitetin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən danışmışdır.
Kafedra müdiri, professor Qulu Məhərrəmli qonağın jurnalistika və mətbuat sahəsindəki səmərəli xidmətlərini diqqətə çatdırmışdır.
D.Fedotov “Arqumentı i faktı” qəzeti və qeyd edilən sayt barədə ətraflı məlumat vermişdir.
Sonra qonaq sualları cavablandırmış, universitetin tədris şəraiti ilə tanış olmuşdur. 

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.