Qafqaz Universiteti ilə AMEA-nın İqtisadiyyat İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır

Yanvarın 12-də Qafqaz Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Bakı, 12 yanvar (AzərTAc). Yanvarın 12-də Qafqaz Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
AzərTAc xəbər verir ki, imzalanma mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç bu ali məktəbin fəaliyyəti barədə məlumat vermişdir.
Ölkəmizdə qazanılan uğurlardan danışan AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev Azərbaycanın iqtisadiyyatının dinamik inkişaf etdiyini bildirmişdir.
Eyni zamanda, alim rəhbərlik etdiyi elm müəssisəsi ilə universitetin əməkdaşlığının əhəmiyyətini vurğulamışdır.
Sonra əməkdaşlığa dair sənəd imzalanmışdır.
 

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

Beraber yürüdük biz bu yollarda...

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq