Qafqaz Universiteti Mədəniyyət və İdman idarəsinin semestr sonu hesabat iclası


30 yanvar 2012-ci il tarixdə Mədəniyyət və İdman İdarəsinin hesabat iclası keçirildi. İclasda Mədəniyyət və İdman idarəsinin müdiri Nəcəf Ələsgərov yenicə başa çatmış I tədris yarımilindəki sosial fəaliyyət haqqında geniş məlumat verdi. O,  Qafqaz Universiteti internet saytının  Mədəniyyət hissəsinə aid şöbə və bölmələrdə olan informasiyalarla əməkdaşları tanış edərək, hər zaman yenilənən sayta diqqət çəkdi. Sonra Mədəniyyət şöbəsinin müdiri sənətşünaslıq doktoru Zəminə Axundova, İdman şöbəsinin müdiri İftixar Məhərrəmov çıxış edərək görülən işlər, uğurlar və problemlər haqqında danışdılar. Sənət kursları üzrə əməkdaşlar- dr.Arzu Məmmədova və Təranə Məmmədovaya Rəssamlar İttifaqının üzvülüyünə qəbul edilməsi münasibətilə  hədiyyələr təqdim olundu və gələcək işlərində uğurlar arzulandı.
Nəcəf Ələsgərov yeni tədris yarımilində görüləcək işlər və yeni layihələrlə əməkdaşları məlumatlandırdı. “İlin ən yaxşı işçisi” nominasiyası və qalibin mükafatı elan edildi.  Sonra idarənin əməkdaşları öz problemləri və təklifləri ilə bağlı çıxışlar etdilər.

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.