Kayıtlar

Nisan, 2014 tarihine ait yayınlar gösteriliyor

Tələbələrimizin daha bir uğuru

Resim
ARDNŞ-nin qrant layihələri hesabına fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi Azərbaycanda təhsilin inkişafına töhfələr verməkdə davam edir.Təhsil Mərkəzinə daxil olan Qafqaz Universitetinin tələbələri hər il beynəlxalq və respublika miqyaslı müsabiqələrdə yüksək nəticələr əldə edirlər. Bu günlərdə Universitetdə IT-Universe Beynəlxaq Proqramlaşdırma müsabiqəsinin yarımfinal mərhələsi (Azərbaycan birinciliyi) keçirilmişdir. Birincilikdə Qafqaz Universitetinin 10, Moskva Dövlət Universitetinin Bakı Filialının 2 tələbəsi iştirak etmişdir. Onlayn keçirilmiş müsabiqədə tələbələrə 4 saat ərzində 5 alqoritmik məsələnin həlli tapşırığı verilmiş, cavablar onlayn avtomatik sistemi vasitəsilə qiymətləndirilmişdir. 1 birinci, 3 ikinci və 2 üçüncü yerə Qafqaz Universitetinin tələbələri, 1 üçüncü yerə isə Moskva Dövlət Universitetinin Bakı Filialının tələbəsi layiq görülmüşdür. Müsabiqənin nəticələrinə görə 7 tələbə (Qafqaz Universiteti-5, Moskva Dövlət Universitetinin...

Qafqaz Universitetinin tələbələri yüksək nəticələri

Resim
ARDNŞ-nin qrant layihələri hesabına fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi Azərbaycanda təhsilin inkişafına töhfələr verməkdə davam edir.   Təhsil Mərkəzinə daxil olan Qafqaz Universitetinin tələbələri hər il beynəlxalq və respublika miqyaslı müsabiqələrdə yüksək nəticələr əldə edirlər. Bu günlərdə Universitetdə IT-Universe Beynəlxaq Proqramlaşdırma müsabiqəsinin yarımfinal mərhələsi (Azərbaycan birinciliyi) keçirilmişdir. Birincilikdə Qafqaz Universitetinin 10, Moskva Dövlət Universitetinin Bakı Filialının 2 tələbəsi iştirak etmişdir. Onlayn keçirilmiş müsabiqədə tələbələrə 4 saat ərzində 5 alqoritmik məsələnin həlli tapşırığı verilmiş, cavablar onlayn avtomatik sistemi vasitəsilə qiymətləndirilmişdir. 1 birinci, 3 ikinci və 2 üçüncü yerə Qafqaz Universitetinin tələbələri, 1 üçüncü yerə isə Moskva Dövlət Universitetinin Bakı Filialının tələbəsi layiq görülmüşdür. Müsabiqənin nəticələrinə görə 7 tələbə (Qafqaz Universiteti-5, Moskva Dövlət Univers...

“Qafqaz”da “Sənaye ili”nə həsr olunan simpozium keçirilib

Resim
Qafqaz Universitetinin Sənaye mühəndisliyi bölməsi və “Gənc Mühəndislər” İctimai Birliyinin təşkilatçılığı ilə “2014 “Sənaye ili”nə həsr olunan Azərbaycan müəssisələrinin intensiv inkişafında sənaye mühəndisliyi və sənaye mühəndislərinin rolu” adlı I elmi-praktik simpozium keçirilib.  Çıxış edən universitetin rektoru, prof. Ahmet Saniç ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrinin sürətli inkişafından danışıb: “Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması üçün Azərbayca...

“Qafqaz”da “Sənaye ili”nə həsr olunan simpozium keçirilib

Resim
  Qafqaz Universitetinin Sənaye mühəndisliyi bölməsi və “Gənc Mühəndislər” İctimai Birliyinin təşkilatçılığı ilə “2014 “Sənaye ili”nə həsr olunan Azərbaycan müəssisələrinin intensiv inkişafında sənaye mühəndisliyi və sənaye mühəndislərinin rolu” adlı I elmi-praktik simpozium keçirilibÇıxış edən universitetin rektoru, prof. Ahmet Saniç ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrinin sürətli inkişafından danışıb: “Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması üçün Azə...

Dünya yaddaş çempionu Melik Duyarın kitabları artıq universitetimizdə.

Resim
İş Dünyası ilə Əlaqələr üzrə Prorektorluğun təşəbbüsü ilə  Dünya yaddaş çempionu Melik Duyarın " Elmas Tarlaları" və "Konsantrasyonun Gücü " adlı iki kitabından 10 (on) nüsxə universitetimizin kitabxanasına təqdim olunub. Qeyd edək ki, Melik Duyar bu yaxınlarda Universitetimizdə “Fotoqrafik Hafizə”, “Öyrənməyi Öyrənmək”, “Beynin İnkişaf Metodları” adlı seminar verib. Müxtəlif televiziya kanallarında göstərdiyi yaddaş nümayişləri ilə tanınan və Fotoqrafik Hafizə Dünya çempionlarından olan Melik Duyar eyni zamanda “Türkiyə Zehni Riyaziyyat, Hafizə və Fotoqrafik sürətli oxuma çempionatlarının (Memoriad) da banisidir.  http://www.qu.edu.az/az/news/D%C3%BCnya-yadda%C5%9F-%C3%A7empionu-Melik-Duyar%C4%B1n-kitablar%C4%B1-art%C4%B1q-universitetimizd%C9%99-5330.html

Azərbaycan Layihə İdarəedilməsi Assosiasiyası tədbirində universitetimiz iştirak etdi

Resim
1999 ildən etibarən Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Layihə  İdarəedilməsi Assosiasiyası layihələrin idarəedilməsi sahəsində  tanınmış təşkilatlardan biri olub 150-dən çox yerli və xarici təlim  keçirmiş, 2000-dən çox layihə rəhbərinə insan kapitalının artırılması  mövzularında müxtəlif seminarlar keçmiş, 80-dən çox böyük şirkətlə  əməkdaşlıq etmiş, 180-dən çox professionalın beynəlxalq IPMA  sertifikatını əldə etməsinə nail olmuş və Azərbaycanda bu sertifikatın  rəsmi təmsilçisi olan yeganə təşkilatdır. Təşkilatın ölkəmizdə layihə  idarəetmə mövzusunda aylıq keçirdiyi görüşlərdə müxtəlif təşkilatların  ekspertləri, layihə idarəetməsi mütəxəssisləri, maliyyə inzibatçıları  və s. dəvət olunur. Aprel ayının 25-i keçirilən ardıcıl silsilə  görüşdə universitetimizi Beynəlxalq Şirkətlərlə Əməldaşlıq və Layihə  Ofisi təmsil etmişdir. Keçirilən görüşdə yerli və xarici donorların  maliyyələşdirdiyi layihələrdə şirkətlə...

Dünyadakı 10 mütəxəssisdən biri, Qafqaz Universiteti məzunu Kamran Ağayevin uğur hekayəsi

Resim
  Kamran Ağayev: “Uğurumun üç sirri var” Oracle İstifadəçilər Qrupunun prezidenti, “Azərcell”in İnformasiya Kommuniakasiya Departamentində Verilənlər bazası adminstratoru, “Qafqaz” Universitetinin müəllimi, peşəkar idmançı, İnformasiya Texnologiyaları İnstitutunun doktorantı. Bütün bunların hamısı bir nəfərin öhdəsindədir və işlərini sevə-sevə görür. Çünki məşğul olduğu işlərə marağı həddindən artıq çoxdur. Müsahibimiz  Kamran Ağayev lə yaxından tanış olaq... - 2003-cü ildə Qafqaz Universitetinin kompyuter mühəndisi ixtisasını bakalavr, 2006-cı ildə magistratura pilləsi üzrə bitirmişəm. Ali məktəbi başa vurandan sonra “Bakı Elektrik Şəbəkəsi”ndə işləmişəm. Hazırda İnformasiya Texnologiyaları İnstitutunda doktorluq dissertasiyamı müdafiə etmək ərəfəsindəyəm. Dörd ildir ki, “Azərcell”in İnformasiya Kommuniakasiya Departamentində Verilənlər bazası adminstratoru vəzifəsində çalışıram. - Azərbaycanda “Oracle” üzrə barmaqla sayılacaq mütəxəssislərdənsiniz. Əvvəlcə oxucularımız...

Tələbələrin Zaman Qəzeti Redaksiyasına gəzintisi təşkil olundu

Resim
Karyera Planlama Mərkəzi Zaman Qəzeti Redaksiyasına Natiq Adilovun rəhbərliyi iləTərcümə (İngilis dili ) bölümü -3 tələbələrinin şirkət gəzintisini təşkil etdi. Şirkət gəzintisində məqsəd tələbələrin iş dünyası ilə tanış olması və təhsil vaxtı yiyələndikləri bilikləri iş prosesinde necə həyata keçirəcəklərinin canlı şahidi olmalarını təmin etmək idi. Tələbələrimiz, gündəlik uxuduqları qəzetin istehsalını görməkdən məmnun qaldılar. Şirkət nümayəndələri tələbələrimizi şirkətlə yaxından tanış etdikdən sonra çay süfrəsinə qonaq etdilər. Şirkət rəhbərliyi belə gəzintilərin təşkil olunması ilə şirkətlə universitet arasında mövcud əlaqələrin daha da möhkəmlənəcəyini vurğuladılar. http://www.qu.edu.az/az/news/T%C9%99l%C9%99b%C9%99l%C9%99rin-Zaman-Q%C9%99zeti-Redaksiyas%C4%B1na-g%C9%99zintisi-t%C9%99%C5%9Fkil-olundu-5275.html

"İZ" Layihəsi 1-Ci Fazada Layihələrin Dəyərləndirilməsi Başa Çatdı

Resim
Qafqaz Universiteti  İnzibati-Təsərrüfat işləri üzrə prorektorluğun elan etdiyi “İZ” sosial layihəsinə 1-ci fazada müraciətlərin qəbulu 25 Aprel 2014 tarixindən etibarən başa çatdı. Təyin olunmuş münsiflər tərəfindən dəyərləndirilən layihələr müxtəlif kateqoriyalarda qruplaşdırıldı. Olduqca maraqlı müraciətlərin yer aldığı “İZ” layihəsində növbəti mərhələdə dəyərləndirilmiş müraciətlərin sahibləri ilə görüşlər keçiriləcək. Dəyirmi masa arxasında baş tutacaq bu görüşlərdə layihə göndərən tələbə və müəllimlərlə layihə haqqında daha ətraflı fikir mübadiləsi aparılacaq, layihələrin həyata keçirilmə yeri, vaxtı və başqa məsələlər müzakirə olunacaq. Görüşlər 30 Aprel və 1 May tarixlərində keçiriləcək.  Görüş haqqında layihə iştirakçılarına e-mail vasitəsi ilə məlumat veriləcək İnzibati-Təsərrüfat işləri üzrə Prorektorluq bütün iştirakçılara maraqlı və kreativ layihələrə görə təşəkkür edir.  Nicat Yusifov "İZ" Layihəsi Koordinatoru http://iz.qu.edu.az/az/news...

Tələbələrimizin Xəzər TV şirkət gəzintisi

Resim
Tələbələrimiz Xəzər TV -nın qonağı olub. Karyera Planlama Mərkəzi Xəzər TV -na Dos.Ətrabə Gülün rəhbərliyi ilə Tərcümə(İngilis dili) bölməsinin – Bakalavr 4.kurs,Magistr 1 və 2 ci kurs tələbələrinin şirkət gəzintisini təşkil edib. Şirkət gəzintisində məqsəd tələbələrin iş dünyası ilə tanış olması və təhsil vaxtı yiyələndikləri bilikləri iş prosesinde necə həyata keçirəcəklərinin canlı şahidi olmalarını təmin etmək idi. Tələbələrimiz, baxımlı kanallardan biri olan Xəzər TV nın çəkiliş meydançalarını görməkdən məmnun qaldılar. Xəzər TV -nın rəhbərliyi belə gəzintilərin təşkil olunması ilə şirkətlə universitet arasında mövcud əlaqələrin daha da möhkəmlənəcəyini vurğuladılar. http://www.qu.edu.az/az/news/T%C9%99l%C9%99b%C9%99l%C9%99rimizin-X%C9%99z%C9%99r-TV-%C5%9Firk%C9%99t-g%C9%99zintisi-5274.html

QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildi

Resim
Aprel 16-da QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildi. "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı sərbəst görüşlər formasında təşkil olundu. Proqramın məqsədi Qafqaz Universitetində çalışan profeessor-müəllim heyətini QUTechnopark-da fəaliyyət göstərən firmaların nüamyəndələri ilə daha yaxından tanış etmək, eləcə də burada həyata keçirilən layihələr haqqında geniş məlumat vermək idi.  Proqramda Qafqaz Universitetinin müxtəlif kafedra və şöbələrin əməkdaşları QUTechnoparkda fəaliyyət göstərən firmaların işi ilə yaxından tanış oldular. Bu tanışlıqlar gələcəkdə ortaq layihələrin inkişafına kömək etməklə yanaşı, tələbə və magistrların da texnoparkdakı fəaliyyətlərə cəlb olunmasına müsbət təsir edəcəkdir. Qeyd edək ki, hazırda texnoparkda işləyən personelin təqribən yarısı tələbələrdir. Proqram iştirakçılarına verilən kokteyl şirkət nümayəndələri ilə Universitet çalışanları arasında səmimi münasibətlərin inkişafına səbəb...

Qafqaz Universitetindən maraqlı sosial fəaliyyət

Resim
Yüksək səviyyəli təhsil verməklə yanaşı tələbələrini sosial yönümlü yetişdirən Qafqaz universitetində bu gun İngilis dili və ədəbiyyatı fakültəsinin tələbələri maraqlı bir sosial fəaliyyət keçiriblər.Tədbirə universitetin rektoru professor Ahmet Saniçdə qatılıb.Universitetin dossenti tədbirin təşəbbüskarı və təşkilatçısı Mustafa Gül məlumat veribki tədbirin adı "Uçurtma Festifalı"adlandırılıb. Tələbələrimiz 43 ədəd ipə bağlanmış neylon lövhə hazırlayıblar və küləyin köməyi ilə havaya uçurdurlar.Mustafa müəllim onuda qeyd etdiki əvvəl tədbir ingilis dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdu, amma cazib olduğundan başqa ixtisasda oxuyan tələbələrdə qatılıb. Buda bizə yeni fikir verirki gələcəkdə universitet üzrə bu festivalı təşkil edək. Eyni zamanda xarici və yerli tələbələr öz milli mətbəxlərinə aid yeməklər bişiriblər. Həqiqətəndə süfrə çox zəngin idi. Beləki Özbək, Türkmən pilovları, Mozanbik ,Türk və Milli mətbəxə aid yeməklər, şirniy...

Çərpələng uçuran Qafqazlılar

Resim
Yüksək səviyyəli təhsil verməklə yanaşı tələbələrini sosial yönümlü yetişdirən Qafqaz universitetində bu gun İngilis dili və ədəbiyyatı fakültəsinin tələbələri maraqlı bir sosial fəaliyyət keçiriblər.Tədbirə universitetin rektoru professor Ahmet Saniçdə qatılıb.Universitetin dossenti tədbirin təşəbbüskarı və təşkilatçısı Mustafa Gül məlumat veribki tədbirin adı "Uçurtma Festifalı"adlandırılıb. Tələbələrimiz 43 ədəd ipə bağlanmış neylon lövhə hazırlayıblar və küləyin köməyi ilə havaya uçurdurlar.Mustafa müəllim onuda qeyd etdiki əvvəl  tədbir  ingilis dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdu, amma cazib olduğundan başqa ixtisasda oxuyan tələbələrdə qatılıb. Buda bizə yeni fikir verirki gələcəkdə universitet üzrə bu festivalı təşkil edək. Eyni zamanda xarici və yerli tələbələr öz milli mətbəxlərinə aid yeməklər bişiriblər. Həqiqətəndə süfrə çox zəngin idi. Beləki Özbək, Türkmən pilovları,  Mozanbik ,Türk və Milli mətbəxə aid yeməklər,...

Ümummilli lider Heydər Əliyev dünya elm adamları tərəfindən II dəfə anıldı

Resim
Dünən Qafqaz Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Qafqaz Universiteti ilə birlikdə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı keçirildi. Konfransın keçirilməsinin əsas məqsədi gənclərin ümummilli liderə olan böyük məhəbbətini beynəlxalq miqyasda digər ölkə gənclərinin nəzərinə çatdırmaq, gənclərin Heydər Əliyev ideyaları əsasında bir-biri ilə təmasda olmasına şərait yaratmaq oldu. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç gənclərə müraciətlə dedi: “Bu gün gənc elm adamlarını görəndə Azərbaycan elminin inkişafını görməmək mümkün deyil. Əziz gənclər, cəmiyyətə fayda verəcək elmlə məşğul olun və etdiyiniz nailiyyətləri layihə şəklində tətbiq etməyə çalışın”. Qeyd edək ki, tədbirdə iqtisad elmləri doktoru, professor  Əvəz Bayramov və fəlsəfə doktoru Eldar Aslanov da çıxış edərək, ümumilli l...

"Gənc Tədqiqatçıların II. Beynəlxalq Elmi Konfransı" keçirildi

Resim
Qafqaz Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Qafqaz universiteti ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Gənc Tədqiqatçıların II. Beynəlxalq Elmi Konfransı" keçirilir.  Mühüm beynəlxalq tədbirin əsas məqsədi gənclərin Ulu Öndərə və onun layiqli davamçısı  Prezidentimiz İlham Əliyev Cənablarına  olan böyük məhəbbətini beynəlxalq miqyasda digər ölkə gənclərinin nəzərinə çatdırmaq, gənclərin Heydər Əliyev ideyaları əsasında bir-biri ilə təmasda olmasına şərait yaratmaqdır.  Azərbaycanın uğurlu inkişaf strategiyasına, "Neft kapitalının insan kapitalına çevrilməsi siyasətinə", "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasına" bu istiqamətdə töhfə vermək qarşıya qoyulan əsas məqsədlərdəndir.“Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı”nın iştirakçıları dünən Fəxri Xiyabanda ümummil...

Tələbələr robot hazırlayacaqla

Resim
Müsabiqə "AzRoboHack" Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM) təşkil etdiyi robot proqramlaşdırma yarışı layihəsidir.   Layihənin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır. Təşkilat Komitəsindən qeyd edilib ki, layihə Azərbaycan universitetləri arasında bir ilkə imza atmaq, tələbələrin potensialını ortaya qoymaq, onların az vaxta çox iş görmək bacarığını inkişaf etdirmək, robototexnikaya olan marağını artırmaq, həmçinin ölkədə bu sahəyə olan diqqəti artırmaq məqsədilə reallaşdırılır. Universitet bu sahədə əldə etdiyi potensialı göstərərək, digər universitetləri də rəqabətə səsləyir. Qeydiyyat üçün son tarix 27 apreldə tamamlanacaq. Seçim müsabiqəsi (onlayn) 28 -29 aprel tarixlərində baş tutacaq. Qəbul haqqında məlumat isə 30 apreldə veriləcək. Bundan başqa, 3-4 may tarixlərində təlimlərin təşkili nəzərdə t...

Azərbaycanlı tələbələr ilk dəfə robot hazırlayacaqlar

Resim
Azərbaycanlı tələbələr ilk dəfə robot hazırlayacaqlar Azərbaycanda I Respublika robot proqramlaşdırma müsabiqəsi keçiriləcək. Müsabiqə "AzRoboHack" Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM) təşkil etdiyi robot proqramlaşdırma yarışı layihəsidir. Layihənin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır. Təşkilat Komitəsindən qeyd edilib ki, layihə Azərbaycan universitetləri arasında bir ilkə imza atmaq, tələbələrin potensialını ortaya qoymaq, onların az vaxta çox iş görmək bacarığını inkişaf etdirmək, robototexnikaya olan marağını artırmaq, həmçinin ölkədə bu sahəyə olan diqqəti artırmaq məqsədilə reallaşdırılır. Universitet bu sahədə əldə etdiyi potensialı göstərərək, digər universitetləri də rəqabətə səsləyir. Qeydiyyat üçün son tarix 27 apreldə tamamlanacaq. Seçim müsabiqəsi (onlayn) 28 -29 aprel tarixlərində ...

İnformatika üzrə IX Ümumrespublika Olimpiadasının 1-ci mərhələsi keçirilib

Resim
Samir Soltanov/AZADİNFORM. Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib.  AZADİNFORM xəbər verir ki, açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sahəsinin çox sürətlə inkişaf etdiyini bildirib: “Ötən ilin “İKT ili” elan olunması, ilk telekommunikasiya peykimiz  olan “Azerspace-1”-in orbitə göndərilməsi, “Bakutel” sərgisinin keçirilməsi bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir”.   Fəaliyyəti dövründə bilavasitə informasiya texnologiyalarının tətbiqi, informasiya sistemlərinin yaradılması və istismarı, həmçinin s...

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

Resim
Qafqaz Universitetində Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib.   Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç olimpiada iştirakçılarını salamlayaraq, ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sahəsinin çox sürətlə inkişaf etdiyini bildirib: “Ötən ilin “İKT ili” elan olunması, ilk telekommunikasiya peykimiz  olan “Azerspace-1”-in orbitə göndərilməsi, “Bakutel” sərgisinin keçirilməsi bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir”.    Fəaliyyəti dövründə bilavasitə informasiya texnologiyalarının tətbiqi, informasiya sistemlərinin yaradılması və is...