TİKA gələn il Azərbaycanda 100-dək layihə həyata keçirəcək


Türkiyə Nazirlər Kabineti yanında Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan üzrə proqram əlaqələndiricisi Salih Polat bu gün Qafqaz Universitetində seminar verib. Seminar TİKA-nın son bir ildə Azərbaycandakı fəaliyyətlərinə və gələcək planlarına həsr olunub.
S. Polat TİKA-nın hazırda türk cümhuriyyətləri başda olmaqla, dünyanın 26 ölkəsində ofis açdığını söyləyib: “Bundan əlavə, TİKA dünyanın 100-ə yaxın ölkəsi ilə əməkdaşlıq etməkdədir. Qurum Azərbaycanda 1994-cü ildə fəaliyyət göstərməyə başlayıb”.
 TİKA rəsmisi indiyə qədər Azərbaycanda həyata keçirilmiş layihələrin bütün sahələri əhatə etdiyini söyləyib: “2011-ci il üçün 65 layihə nəzərdə tutulub. Artıq bu layihələrdən 40-dan çoxu həyata keçirilib. Gələn ilin əvvəllərinə kimi qarşımıza qoyduğumuz 65 layihənin hamısını həyata keçirməyə çalışacağıq. Gələn il üçün bu layihələrin sayı 100-ə  çatdırılacaq”. S. Polat deyib ki, bu layihələrdən ən başlıcası “Gənclərin Elmi Araşdırmalarına Dəstək” layihəsidir. Qonaq həmçinin bu il TİKA-nın arıçılıq sahəsinə xüsusi diqqət ayırdığını və Azərbaycanda toxumluq buğdanın inkişafına güclü dəstək verdiyini bildirib: “Bunun üçün Türkiyədən ekspertlər dəvət olunub, xüsusi dərman preparatları gətirilib”.
 Universitetin rektoru, professor Əhmet Saniç isə TİKA-“Qafqaz” əməkdaşlığından danışıb: “Son 4 il ərzində TİKA-nın dəstəyi ilə universitetimizin İqtisadiyyat fakültəsinin tələbələri praktika üçün Türkiyədə fəaliyyət göstərən banklara və bələdiyyələrə göndərilib”.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41411

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür