Qafqaz Universitetinin iki əməkdaşı Almaniyada keçirilən təlimdə iştirak edir
Qafqaz Universitetinin iki əməkdaşı Almaniyada keçirilən “Network Retreat” təlimində iştirak edir
17 November, 2011
Bakı, 17 noyabr (AzərTAc). Almaniyanın Bavariya əyalətində müvafiq layihə çərçivəsində “Network Retreat” təlimi keçirilir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, təlimdə universitetin əməkdaşları - mühəndislik fakültəsinin müəllimi Əhəd Məmmədov və pedaqoji fakültənin müəllimi Cəmil Məmmədov iştirak edirlər.
Təlimin məqsədi Azərbaycanda elektron təhsilin inkişafına xidmət etməkdir.
http://www.azertag.com/node/884274