Qafqaz Universitetinin akt zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi olub

“Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi olub

Bakı-APA. Qafqaz Universitetinin akt zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi olub. APA-nın xəbərinə görə, “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyinə həsr edilib. Kitabın türk dilində tam versiyası, ingilis dilində isə bütün sənədlərin qısa məzmunu təqdim olunub.
Kitab Mərkəzin türk dilində təqdim edilən ilk böyük layihəsidir.
Təqdimat mərasimini giriş sözü ilə Qafqaz Universitetinin professoru Cihan Bulut açıb. Sonra universitetin rektoru, professor Ahmet Sanıç qonaqları salamlayıb və təqdimatı keçirilən kitabın əhəmiyyətini vurğulayıb. Kitabın elmi redaktoru və ön sözünün müəllifi, millət vəkili Elxan Süleymanov, Türkiyənin Azərbaycandakı səfirliyinin müstəşarı Riza Kağan Yılmaz, Azərbaycan Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi Cavanşir Məmmədov, universitetin professoru Abdulkadir Üregen və millət vəkili Aqil Abbas çıxış edərək “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabı barədə danışıb, Azərbaycan-Türkiyə münasibətlərindən bəhs ediblər.
Qeyd edək ki, kitabın elmi redaktoru və ön sözünün müəllifi millət vəkili Elxan Süleymanov, “Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF