Quba Özəl Türk Liseyində şagirdlərlə görüş keçirilib


 
Noyabrın 3-də Quba Özəl Türk Liseyinin konfrans zalında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba Rayon polis şöbəsinin rəisi Seyfulla Əzimov və ATƏT-in Şimal bölgəsi üzrə nümayəndəsi Süleyman Özbəy şagirdlərlə görüş keçirib. Görüşdə çıxış edən rayon polis rəisi Seyfulla Əzimov hazırki dövrdə cəmiyyətdə baş verən cinayətin əsas səbəblərindən biri kimi zərərli vərdişlərə aludəçilik barədə geniş söhbət açaraq bildirib ki, belə əməllərin təməli gənc yaşlardan, məktəb dövrlərindən başlanır. Hər şeyin bir zərərli vərdişə meyl etməsindən başlandığını və iradəsi çatmayanların isə daha sonra “keçici” zövq üçün narkotik maddələrə, spirtli içkilərə aludəçiliyin heç də xoş nəticələnmədiyini nümunələrlə izah edib. O, şagirdlər arasında və ümumiyyətlə narkomaniya qarşı mübarizənin gücləndirilidiyini vurğulayıb. Bununla belə qaçaq yol ilə sərhədyanı ölkələrdən narkotik madələr gətirilir. Bu bizi istəməyənlər tərəfindən, cəmiyyyətdə müəyyən narahatlıq formalaşdırmaq üçün olan addımlardır. Hətta narkotik maddələri istifadə edənlər ilkin olaraq təmənnasız olaraq ilkin istifadəçilərə təklif edərək, özlərindən asılı vəziyyətə salırlar. Belə hallara qarşı ayıq-sayıq olmağın vacibliyini deyib və belə hallara qarşı şagirdlərin öz aralarında maarifləndirici iş aparmağı tövsiyyə edib.
Sonra ATƏT-in Şimal bölgə üzrə nümayəndəsi S. Özbəy çıxış edərək dünya təcrübəsindən nümunələr deyərək aldadıcı zövqün zərərli vərdişlərlə başladığını və siqaret, spirtli içkilərin, narkotik maddələrin insanı məhvə apardığını bildirib. Narkotika istifadəçilərin həyatının necə puç olmasını barədə geniş məlumat verib.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF