Azercell Telekom “İlin şirkəti” seçildi



01 November, 2011
Şirkət Azərbaycanda Telekommunikasiya sahəsinin inkişafında həyata keçirdiyi təşəbbüslərinə görə mükafatlandırıldı
Azercell Telekom MMC-nin uğurları sırasına daha bir mükafat əlavə olundu. Şirkət növbəti dəfə “Consulting and Business” jurnalının təsis etdiyi “İlin Şirkəti” Milli Biznes Mükafatına layiq görülüb. Azercell Azərbaycanda Telekommunikasiya sahəsinin inkişafında həyata keçirdiyi təşəbbüslərinə görə sözügedən mükafatla təltif olunub. Mükafatın təqdimetmə mərasimi oktyabrın 28-də Buta Palace-da baş tutub.
Azercell adından mükafatı şirkətin  Müştərilərlə Əlaqələr Departamentinin direktoru Ruhiyyə Əliyeva qəbul edərək Azercell-in “İlin Şirkəti” adına layiq görülməsindən olduqca məmnun olduğunu bildirib: “Mobil rabitə sahəsində bütün bu illər əzrində həyata keçirdiyimiz çoxsaylı innovativ layihələr inkişafda olan gənc müstəqil cəmiyyətə, sözsük ki, öz töhfəsini gətirmiş oldu. Son layihələrimizdən Qafqaz Universitetində tələbələr üçün təsis etdiyimiz 3G test laboratoriyası, Mobil Texnologiya kursları və Barama İnnovasiya Mərkəzinin fəaliyyəti, İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi Beynəlxalq Konfransına dəstəyimizi qeyd etmək istərdim. Biz, həm də media nümayəndələri üçün hər il təşkil etdiyimiz dil və peşə kursları, Sosial Məsuliyyət sahəsində bilgilər, müxtəlif şirkətlər, həmçinin, fiziki qüsurlu vətəndaşlar üçün Müştəri Xidmətləri sahəsində təşkil etdiyimiz kurslar ilə cəmiyyətin inkişafına da öz təsirimizi göstərmiş oluruq”
Ruhiyyə Əliyeva Azercell Telekom-un uğurlu fəaliyyətinin nəticəsi kimi, şirkətin bir sıra beynəlxalq mükafatlara layiq görüldüyünü də vurğuladı: “Bunların içərisində, Avropa Biznes Asosiasiyasının təqdim etdiyi Ən Qabaqcıl Telekom şirkəti nominasiyasında mükafatı, Oksford Liderlər Sammitində təqdim olunan Socrates və Sosial Məsuliyyət sahəsində yenicə aldığımız Stievie mükafatlarını qeyd etmək istərdim”-deyən Müştərilərlə Əlaqələr Departamentinin direktoru sonda Azercell-in bu mötəbər mükafata layiq görülməsindən böyük məmnunluq duyduğunu və  şirkətin gələcəkdə də Azərbaycan əhalisini yeni-yeni texnoloji yeniliklərlə sevindirməkdə davam edəcəyinə əmin olduğunu bildirdi.
Məlumat üçün bildirək ki,“İlin Şirkəti” Milli Mükafatını  MINIMAX MEDIA HOLDING tərəfindən nəşr olunan aylıq “Consulting & Business” aparıcı analitik informasiya jurnalı 2006-cı ildə təsis edib. Mükafat hər il ölkənin ayrı-ayrı sahələri üzrə fərqlənən və uğur qazanan şirkətlərə təqdim olunur.
IMG_3349

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF