Qafqaz Üniversitetinin əməkdaşları “Network Retreat” təlimində iştirak edirlər

Qafqaz Üniversitetinin əməkdaşları Almaniyanın Bavariya əyalətində “Network Retreat” təlimində iştirak edirlər

17 November, 2011
Qafqaz Üniversitetinin əməkdaşları Mühəndislik fakültəsinin müəllimi Əhəd Məmmədov və Pedaqoji fakültəsinin müəllimi Cəmil Məmmədov hal-hazırda Almaniyanın Bavariya əyalətində keçirilməkdə olan “Network Retreat” təlimində iştirak edirlər. Üç ildir ki, davam etməkdə olan “Qafqaz regionunda eTəhsil üçün insan resurslarının hazırlanması” layihəsi çərçivəsində keçirilən bu təlimin təşkilatçısı Almaniyanın G.İ.Z. təşkilatı və Avstriyanın Common Sense şirkətidir. Təlimin məqsədi Azərbaycanda elektron təhsilin təşkil və inkişaf etdirilməsinə xidmət etməkdir.
Əhəd Məmmədov

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF