24-28 Oktyabr Tarixlərində Cənubi Koreya Respublikasinda “IKT-nin Insan Bacariğininin Inkişafinda Rolu” Movzusunda Forum Kecirilmişdir.
2011-ci il 24-28 oktyabr tarixlərində Cənubi Koreya Respublikasının İnçeon və Çeonan şəhərlərində “İKT-nin insan bacarığınının inkişafında rolu” mövzusunda İkinci Asiya və Sakit Okean Regional Forumu təşkil edilmişdir. İnformasiya və Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzi (UN-APCICT, www.unapcict.org) tərəfindən təşkil edilmiş forumda 35 ölkəni təmsil edən 300 dən çox yüksək və ortal dərəcəli müəssisə təmsilçiləri iştirak etmişdir. Təşkil edilmiş foruma İKT-nin digər sahələrdəki tətbiqi mövzusunu, habelə İKT-nin dövlət sektoru işciləri üçün tədris metodu, sayber təhlükəsizlik, dövlətlər arası təhlükəsizlik sistəmlərinin yaradılması, universitet tələbələrinin İKT sahəsində bacarıqlarını inkişaf etdirmək üçün seminar və traininglərin təşkili formasını, əhatə edən geniş seminarlar və müzakirələr daxil edilmişdir. Forumda iştirak etmiş Qafqaz Universitetinin Rektoru Ahmet Saniç və komputer mühəndisliyi bölməsinin müəllimi Anar Rüstəmov yuxarıdakı mövzular haqqında oz fikirlərini söyləmiş və müsbət şəkildə qəbul edilmişdir.
Əlavə qeyd etmək olar ki, APCICT 2006-cı il 16 iyul tarixdə BMT-nin Asiya və Sakit Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) regional təşkilatı kimi yaradılmışdır. Hal hazırda təşkilatın 10 aktiv modulu (1. Əhəmiyyətli inkişaf və İKT-nin tətbiqi arasında bağlılıq, 2. İdarəetmə və inkişaf siyasəti üçün İKT, 3. Elektron hökumətin tətbiqi, 4. Hökumət liderləri üçün İKT dəyərləri, 5. İnternet hökuməti, 6. İnformasiya təhlükəsizliyi və şəxsililik, 7. İKT-nin nəzəri və əməli cəhətdən idarəedilməsi, 8. İnkişafa nail olmaq üçün İKT-nin maliyyələşməsinə ayırmalar, 9. Risklərin idarəedilməsi üçün İKT, 10. İKT və iqlim dəyişikliyi) mövcuddur. Təşkilat İKT-dən istifadə etmək yolu ilə həm cəmiyyətlərin inkişafına kömək etmək, həm də Minilliyin İnkişaf Məqsədərinə çatmaq üçün yaradılmışdır. Buna APCICT treninqlər vasitəsi ilə nail olur. Təlimlər həm üz-üzə, həm də onlayn üsulları ilə aparılır. İndiyə kimi keçirilən təlimlərə 120 ölkədən 11900 nəfər cəlb olunmuşdur. APCICT-nin əsas proqramı hesab edilən “Dövlət məmurları üçün İKT-nin əsasları üzrə Akademiya”-nın təlimləri 10 təlim modulu üzrə təşkil edilir:
Forumda Qafqaz universitetinin təmsilçiləri ilə yanaşı Avropa Kommisiyasının TEMPUS lahiyəsinin Azərbaycan üzrə direktoru Pərviz Bağırov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin müavini Vəfadar Misirov və İnformasiya Texnologiyaları və Proqram təminatı sektorunun aparıcı məsləhətçisi Mirnatiq Ələsgərzadə də iştirak etmişlərdir.
Anar Rüstəmov
Geniş malumat için:
http://www.unapcict.org/news/asia-pacific-countries-meet-to-review-and-strengthen-role-of-information-and-communications
Geniş malumat için:
http://www.unapcict.org/news/asia-pacific-countries-meet-to-review-and-strengthen-role-of-information-and-communications