Baş redaktorlar “Qafqaz”ın tələbələri ilə görüşdülər


Dünən Qafqaz Universitetində Azərbaycanın bəzi nüfuzlu qəzetlərinin baş redaktorları ilə tələbələr arasında görüş keçirildi.
“Zaman-Azərbaycan”ın baş redaktoru Süleyman Ünal, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı universitetin Jurnalistika fakültəsinin tələbələrinin suallarına cavab verməklə yanaşı, onlarla öz təcrübələrini də bölüşdülər.
R. Arifoğlu tələbələrə jurnalistikanın çətinliklərindən qorxmamağı tövsiyə etdi. Jurnalistləri sözün əsgəri adlandıran R. Arifoğlu onların həqiqəti yazmağa məcbur olduqlarını bildirdi.
İ. Tuncay isə jurnalistlərin bəzən jurnalist mövqeyindən deyil, vətəndaşlıq mövqeyindən çıxış etməli olduğunu söylədi. “Cəmiyyətdə çaxnaşmaya səbəb ola biləcək xəbərlərin verilib-verilməməsi vicdan məsələsidir”,- xanım baş redaktor dedi.
Jurnalistikanın yerli şəraitlərə uyğun fəaliyyət göstərdiyini deyən S. Ünal isə jurnalistlərin insanlara və onların dəyərlərinə hörmət etməli olduqlarını söylədi. “Cəmiyyətin dəyərlərinə, dilinə və mədəniyyətinə qarşı diqqətli olmaq lazımdır. Bu diqqəti göstərən jurnalist, adətən, az xətaya yol verir”,- o dedi.
Jurnalistləri cəmiyyətə fayda verən şəxslər adlandıran A. Aşırlı isə Azərbaycan reallığında jurnalistikanın bir sıra problemləri olduğunu vurğuladı.
Universitetin rektoru, professor Əhməd Saniçin gələcək jurnalistlərə tövsiyəsi isə: “Addımlarınızı sağlam atın. Populizmə qapılmayın. Əlinizdə olan məlumatı dəqiqləşdirmədən yazmayın. Hər zaman dəlillə yazın”,- oldu. Natıq Pənahli
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41391
   

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF