Qafqaz Universitetinin beynəlxalq uğuru



15 November, 2011
Eduniversal beynəlxalq şəbəkəsinin Elmi Komitəsi dünya universitetlərinin ən yaxşı Magistratura və Doktorantura proqramlarının dərəcələr üzrə qiymətləndirilməsinin nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, qiymətləndirməyə dünyanın 9 regionunun 153 ölkəsindən ən yaxşı 1000 universitetin 30 ixtisas üzrə 12 min proqramı təqdim olunub. Komitə Qafqaz Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr programını dünyanın ən yaxşı 200-cü təhsil proqramı seçib və xüsusi diploma layiq görüb. Oktyabrın 14-dən başlayan ən yaxşıların seçimi yarışına Şərqi Avropa, Qərbi Avropa, Afrika, Şimali Amerika, Latın Amerikası, Mərkəzi Asiya, Avrasiya və Yaxın Şərq, Uzaq Şərq, Okeaniya regionunu təmsil edən və beynəlxalq nüfuzu olan universitetlər qoşulublar.
 Eduniversal tələbələrə harada yaşadıqlarından və hara getmək istədiklərindən asılı olmayaraq gələcək karyeraları üçün ən uyğun təhsil ocaqlarını seçməyə imkan verir. Artıq indiyədək 100 min tələbə Eduniversalın qiymətləndirməsində iştirak edərək təhsil aldıqları müəssisələr haqqında fikirlərini bildiriblər. Bu təhsil yarışmasına qatılan universitetlər mütləq bir sıra beynəlxalq meyarlara cavab verməli, o cümlədən zəruri akkreditasiya və təsnifatlara yiyələnməli, beynəlxalq akademik assosiasiyalara üzvlüyü olmalı, beynəlxalq və yerli səviyyədə universitetlərarası əməkdaşlığı genişləndirməli, dünya səviyyəsində hamılıqla qəbul edilən təhsil proqramlarına malik olmalıdır.
əlavə edilmə : 14-11-2011 17:57
Könül Kamilqızı
http://www.sia.az/index.php?action=static_detail&static_id=182489

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF