Qafqaz Universitetinin daha bir uğuru

       
      Ali təhsil sahəsində əlverişli imkanlar təklif edən  Eduniversal beynəlxalq şəbəkəsinin Elmi Komitəsi dünya universitetlərinin ən yaxşı Magistratura və Doktorantura proqramlarının dərəcələr üzrə  qiymətləndirilməsinin nəticələrini açıqlamışdır. Qiymətləndirməyə  dünyanın 9 regionunun 153 ölkəsindən ən yaxşı 1000 universitetin 30 ixtisas üzrə 12 min proqramı təqdim olunmuşdur. Görkəmli elm adamlarının təmsil etdiyi nüfuzlu komitə Qafqaz Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr programını dünyanın ən yaxşı 200-cü təhsil proqramı seçmiş və xüsusi diploma layiq görmüşdür. Oktyabrın 14-dən başlamış  ən yaxşıların seçimi yarışına Şərqi Avropa, Qərbi Avropa, Afrika, Şimali Amerika, Latın Amerikası, Mərkəzi Asiya, Avrasiya və Yaxın Şərq,  Uzaq Şərq, Okeaniya  regionunu təmsil edən və beynəlxalq nüfuzu olan universitetlər qoşulmuşlar.    
     Qeyd edək ki, tələbələrə , mütəxəssislərə, İnsan Resursları rəhbərlərinə, eləcə də akademik sahədə çalışanlara mükəmmməl ali təhsil imkanlarının həqiqi qlobal mənzərəsini göstərən Eduniversal  gələcək naminə ən doğru addımı atmağa kömək edir. Bu sistem tələbələrə harada yaşadıqlarından və hara getmək istədiklərindən asılı olmayaraq gələcək karyeraları üçün ən uyğun təhsil ocaqlarını seçməyə imkan verir. Burada tələbələrin təhsildən məmnun qalması əsas meyarlardan biri, dərəcələndirmənin ən mühüm aspektidir. Artıq  indiyədək 100 min tələbə Eduniversalın qiymətləndirməsində iştirak edərək təhsil aldıqları müəssisələr haqqında fikirlərini bildirmişlər
     Fransa univevrsitetlərində Magistratura programlarının keyfiyyət sıralaması üzrə 10 illik təcrübəsinə əsaslanan Eduniversal artıq 153 ölkənin 1000 ən yaxşı təhsil müəssisəsindən 30 ixtisas sahəsi üzrə 4000 ən yaxşı Magistratura və Doktorantura proqramlarının dünya sıralamasını təqdim edib. Sıralama Eduniversalın Beynəlxalq Elm Komitəsinın dəstəyi ilə proqramın nüfuzu, məzunların ilk iş yerindən aldığı maaş, tələbələrin məmnuniyyəti kimi üç mühüm meyara əsasən müəyyən edilib. Bu təhsil yarışmasına qatılan universitetlər mütləq bir sıra beynəlxalq  meyarlara cavab verməli, o cümlədən zəruri akkreditasiya və təsnifatlara yiyələnməli, beynəlxalq akademik assosiasiyalara üzvlüyü olmalı,  beynəlxalq və yerli səviyyədə universitetlərarası əməkdaşlığı genişləndirməli, dünya səviyyəsində hamılıqla qəbul edilmiş təhsil proqramlarına malik olmalıdır. Məhz bu kriteriyalara görə də Qafqaz universitetinin fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
Qafqaz MX

EDUNIVERSAL NƏDIR? 
EDUNIVERSAL ali təhsil sahəsində ən yaxşı imkanları təklif edən ilk vasitədir. Tələbələrə, mütəxəssislərə, İnsan Resursları rəhbərlərinə, eləcə də akademik sahədə çalışanlara ən mükəmmməl ali təhsil imkanlarının həqiqi qlobal mənzərəsini göstərən Eduniversal sizə gələcəyiniz naminə an doğru addımı atmağa kömək edir. Eduniversal tələbələrə harada yaşadıqlarından və hara getmək istədiklərindən asılı olmayaraq gələcək karyeraları baxımından ən yaxşı müəssisəni seçməyə imkan verir.
14 Oktyabr 2011 tarixində Eduniversal 9 coğrafi region üzrə beynəlxalq nüfuza malik 1000 ən yaxşı universitetin 12.000 Magistratura Proqramı arasından ən yaxşıların seçimini aparmışdır. EDUNIVERSAL üçün beynəlxalq nüfuz universitetin tələbəyə həm daxili həm də xarici aləmdə verdiyi karyera imkanlarıdır. Tədqiat isə regionlar üzrə aparılır:  Afrika, Şimali Amerika, Latın Amerikası, Mərkəzi Asiya, Avrasiya və Yaxın Şərq, Şərqi Avropa,  Qərbi Avropa, Uzaq Şərq, Okeaniya   
Fransız Universitetlərində Magistratura proqramlarının keyfiyyət sıralaması üzrə 10 illik təcrübəsinə əsaslanan Eduniversal  153 ölkənin  1000 ən yaxşı təhsiləssisəsindən 30 ixtisas sahəsi üzrə 4000 ən yaxşı Magistratura və Doktorantura proqramlarının dünya sıralmasını təqdim edib. Sıralama Eduniversalın Beynəlxalq Elm Komitəsinin dəstəyi ilə başlıca üç  meyara əsasən hazırlanıb:  Proqramın nüfuzu, Məzunların ilk iş yerindən aldığı maaş, Tələbə məmnuniyyəti.
Beynəlxalq meyarlar isəağıdakılardan ibarətdir:
1.       Universitetlərin əldə etdiyi akreditasiya (AACSB, EQUIS, AMBA, Dövlət kvalifikasiyası, və s.);
2.       Başlıca təsnifatlar (Financial Times, Shanghai Jiao Tong, Business Week, Asiaweek, Wall Street Journal, America savings, THES, SMBG, və s.);
3.       Beynəlxalq akademik assosiasiyalara  üzvlük (EFMD, CLADEA, CEEMAN, EMBA, AAPBS, etc.);
4.       Beynəlxalq və yerli səviyyələrdə universitetlər arası partnyorluğun səviyyəsi;
5.       Dünya səviyyəsində tanınmış təhsil proqramlarına malik olma;
   Tələbələrin məmnuniyyəti dərəcləndirmənin ən mühüm aspektidir və artıq 100.000 tələbə Eduniversalın qiymətləndirməsində iştirak edərək təhsil aldıqları müssisələr haqqında fikirlərini bildirmişlər. 9 coğrafi region və 30 ixtisas üzrə ən yaxşı Magistr proqramını təqdim edərək Eduniversal dünyanın istənilən  yerində Tələbə. İnsan Resursları mütəxəssisləri və Universitetlər üçün unikal və ciddi bir müraciət mənbəyi təşkil edir.
Rəsmi seçimə cavabdeh EDUNIVERSAL ın Beynəlxalq Elmi Komitəsi, 12 üzvdən ibarətdir: Hər regiondan ödənişsiz əsasda fəaliyyət göstərən 9 müstəqil ekspert. 9 müstəqil eksperttin hər biri elm sahəsindən seçilmiş və regionda tanınmış elm xadimləridir.  SMBG-nin icraedici direktoru və Eduniversalın beynəlxalq koordinatorundan ibarət 2 icraçı. Birləşmiş Millətlər Təşkilatının Akademik Şurasında (ACUNS) nümayəndə olan 1 məsləhətçi üzv.




Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF