Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr olunmuş kitabın təqdimatı olmuşdur
Qafqaz Universitetində “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimatı olmuşdur
Bakı, 11 noyabr (AzərTAc). Qafqaz Universitetində “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” (türk dilində) kitabının təqdimatı olmuşdur.AzərTAc xəbər verir ki, Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri mərasimdə universitetin rektoru, professor Əhməd Saniç ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulamışdır. Milli Məclisin deputatı, kitabın elmi redaktoru Elxan Süleymanov və digər çıxış edənlər müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyaya tanınmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolundan danışmış, “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının əhəmiyyətindən bəhs etmişlər. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr olunmuş kitabda ulu öndər Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən ayrı-ayrı çıxışları, müraciətləri və digər materiallar əksini tapmışdır.
http://elkhan-suleymanov.az/index.php?newsid=347