Qafqaz Universitetinin hazırlıq kursu tələbələri arasında yemək yarışması keçirildi.
Qafqaz Universitetinin Dialoq Qafqaz klubu və Dil Öyrətim Kordinatorluğu şöbəsinin təşkilatçılığı ilə hazırlıq kursu tələbələri arasında yemək yarışması keçirildi. Gənc tələbə qızlar azərbaycan, türk , o cümlədən müxtəlif xalqların kulinariya nümunələrini xüsusi bacarıqla nümayiş etdirdilər. Salat hazırlama, dolma bükmə, börək hazırlama və meyvələrin doğranıb, bəzədilərək süfrəyə verilməsi nümunələri üzrə yarışa qatılanlar qədim hazırlanma üsullarının spesifik xüsusiyyətlərini saxlamaqla yanaşı, müasir kulinariyanın da tələblərini geniş surətdə nəzə almışdılar.
Dialoq Qafqaz klubunun hazırladığı əyləncəli –intellektual proqram yarişmaya marağı daha da artırdı. Tələbə qızlar təhsillə yanaşı, kulinariya, incəsənət sahəsində də bacarıqlı olduqlarını göstərdilər. Təqdim olunan nümunələr yüksək dad-tam keyfiyyətləri ilə münsifləri seçim prosesində çətinliyə salsa da, nəhayət qaliblər aşkarlandı.
Salat hazırlama kateqoriyası üzrə Laçınxanım Hüseynli, dolma bükmə kateqoriyası üzrə Sultan Kaya, meyvələrin doğranıb , bəzədilərək süfrəyə verilməsi kateqoriyası üzrə Tünzalə Fərhadova, börək hazırlama kateqoriyası üzrə Elnarə Eminova qalib elan edildi.