Məndən şeir xəbər alan dost , bəs yazın gəlməsi şeir deyilmi ?



04 November, 2011
Qafqaz  Universitetində  Dil koordinatorluğu türkcə metodbirləşməsinin və Ədəbiyyat klubunun təşkilatçılığı ilə türkcə və azərbaycanca şeir müsabiqəsi keçirildi. Universitetin hazırlıq kursları tələbələrinin böyük həvəslə qatıldıqları müsabiqə eyni kökdən qaynaqlanan türk və azərbaycan dillərində səslənən şeir bayramına çevrildi. Müxtəlif–rus,türkmən, türk, azərbaycan- millətlərinı təmsil edən müsabiqə iştirakçılarının azərbaycan və türk  dillərində söylədikləri şeirlər xüsusi rəğbətlə qarşılandı.

Sonda Şeir müsabiqəsinin qalibləri açıqlandı: I yerə Mehmet Akif Ersoyun “Atiyi Karanlık” şerinin ifaçısı Osman Abbaslı; II yerə Mehmet Dumanlının “Anne nasıl  bir şey” şeirinin ifaçısı Ulduz Bağırova, III yerə isə “Həyatın anlamı” şerinin müəllifi və ifaçısı Yamən Rəsulova layiq görüldü.
Şeir müsabiqəsi qaliblərini mükafatlandırılarkən onların sırasına hazırlıq sinifləri arasında keçirilən “Xoş gəldin” mini futbol turnirinin qalibləri də qatıldılar. Universitetin prorektoru, professor Niftalı Qocayev hər iki sahədə tələbələrin əldə etdikləri müvəffəqiyyətləri və təşkilatçıların əməyini  yüksək qiymətləndirdı.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF